
Salyanda baş verən ağır yol-nəqliyyat hadisəsində bir ailənin üç üzvü həlak olub.
Globalinfo.az “Report”a istinadən məlumat verir ki, “Mercedes” markalı avtomobilin idarəetmədən çıxaraq yolun kənarındakı kollektora aşması nəticəsində rayonun Dayıkənd kənd sakinləri – 1993-cü il təvəllüdlü Aqil Amil oğlu Məmmədov, Nərmin Güləli qızı İsmayılova və onun azyaşlı övladları İ.R. və İ.H. suda boğularaq ölüblər.
Daha bir uşaq isə avtomobildən sağ çıxarılıb.
Qeyd edək ki, A. Məmmədov Salyan Rayon İcra Hakimiyyətində təlimatçı işləyib.
Salyanda minik maşınının kanala aşması nəticəsində 4 nəfər ölüb.
Globalinfo.az APA-ya istinadən xəbər verir ki, hadisə Salyan rayonunun Seyidlər kəndi ərazisində baş verib.
“Mercedes” markalı avtomobil digər avtomobillə toqquşaraq idarəetməni itirib və kanala aşıb.
İlkin məlumatlara görə, hadisə nəticəsində 4 nəfər ölüb. Faktla bağlı araşdırma aparılır.
Ölənlərdən biri Salyan rayon icra hakimiyyətinin 32 yaşlı təlimatçısı Aqil Amil oğlu Məmmədovdur.
Hazırda avtomobilin sudan çıxarılmasına FHN yerli qurumlarıı və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.















