İsrail HƏMAS-ın sabah azad edəcəyi girovların siyahısını alıb.
Globalinfo.az xəbər verir ki, bu barədə İsrail baş naziri Binyamin Netanyahunun ofisi məlumat yayıb.
“İsrail sabah HƏMAS-ın əsirliyindən azad ediləcək girovların siyahısını alıb”, – deyə bəyanatda vurğulanıb.
Qeyd edək ki, daha öncə HƏMAS Qəzzada atəşkəs razılaşması çərçivəsində İsrail ordusunun 4 qadın əsgərini azad edib.
Müşviq Tofiqoğlu
Globalinfo.az