Sabah “ASAN xidmət” mərkəzləri işləyəcəkmi?

Sabah “ASAN xidmət” mərkəzləri işləyəcəkmi?

Azərbaycan Respublikasında növbəti bələdiyyə seçkiləri ilə əlaqədar yanvarın 29-da “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində qeyri-iş günü olacaq.

Globalinfo.az bildirir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, vətəndaşlar yanvarın 29-da yalnız hazır şəxsiyyət vəsiqələrinin verilməsi xidmətindən yararlana bilərlər.