ABŞ Prezidenti Donald Tramp müdafiə naziri Pit Heqsetə 60 gün ərzində “Dəmir qübbə” ən yeni raketdən müdafiə sisteminin layihəsi və yerləşdirilməsi planını təqdim etməyi tapşırıb.
Globalinfo.az “Report”a istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətinin bazar ertəsi dərc etdiyi fərmanda deyilir.
“Ballistik, hipersəs və qanadlı raketlərdən, eləcə də digər müasir hava hücumu vasitələrindən istifadə edilməklə hücum təhlükəsi ABŞ-nin üzləşdiyi ən fəlakətli təhdid olaraq qalır”, – sənəddə qeyd olunub.
Bildirilib ki, fərmanın dərc edildiyi andan 60 gün ərzində müdafiə naziri Prezidentə yeni nəsil raketdən müdafiə qalxanının arxitekturasını və yaradılması planını təqdim etməlidir.
***09:08
ABŞ Prezidenti Donald Tramp “Dəmir qübbə” milli raketdən müdafiə sisteminin hazırlanması haqqında fərman imzalayıb.
Globalinfo.az “Report”a istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Sənəd Floridadan Merilend ştatına uçuş zamanı imzalanıb.
Yanvarın 20-də andiçmə mərasimində Tramp bildirmişdi ki, qeyd olunan sistem ölkə daxilində istehsal olunacaq.
“Mən hərbiçilərimizə tam şəkildə ABŞ-da istehsal olunacaq böyük “Dəmir qübbə” raketdən müdafiə qalxanının hazırlanmasına başlamaq əmrini verəcəyəm”, – o bildirib.