“Oreşnik”in Belarusda yerləşdirilməsindən imtina edərəm, əgər Vaşinqton Avropada raketlərinin yerləşdirilməsi fikrindən daşınarsa”.
Globalinfo.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
“Oreşnik” ABŞ-ın Avropada raket yerləşdirmək istəyinə və ehtimalına cavabdır. Əgər Vaşinqton bu fikrindən daşınarsa, mən də böyük qardaşıma “bir qədər gözləyək” deyə bilərəm”, – deyə Lukaşenko qeyd edib.
Xatırladaq ki, bir müddət öncə Lukaşenko Belarusda 10 “Oreşnik” yerləşdiriləcəyi ilə bağlı xəbərini “zarafat” adlandırmışdı. O, “belə bir istehsal üçün Rusiyaya neçə il lazım olar. Bu, sadə bir silah deyil, Belarusu qorumaq üçün Rusiyaya bircə “Oreşnik” də kifayətdir” demişdi.
Əliyar Xəlil