budanov

 “Yaya qədər sülh danışıqları başlamasa, Ukraynanın mövcudluğuna təhdid yaranacaq”.

Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kiril Budanov deputatlara deyib.

“Ukrainskaya Pravda”nın öz mənbələrinə istinadən yaydığı xəbərdə deyilir ki, Budanov bu fikri deputatlara Radadakı qapalı görüşdə söyləyib.

“Əvvəldən çox şey qarışdırılıb, amma Baş Qərargahın nümayəndələri maraqlı danışdılar. Başqa hesabatlar da oldu. Lakin hər şeydən çox xatırlanan Budanovun cavabı oldu. Kimsə soruşdu ki, nə qədər vaxtımız qalıb? Kiril soyuq gülüşüylə dedi ki, yaya qədər ciddi danışıqlar olmasa, Ukraynanın mövcudluğunun ortadan qaldırılması üçün çox təhlükəli proseslər başlaya bilər”, – deyə iclasda iştirak edən şəxslərdən biri sayta deyib.

O deyir ki, Budanovun bu sözündən sonra hər kəs səssiz qalıb.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: