Türkiyənin Bolu vilayətindəki Kartalkaya xizək kurortunda hoteldə baş verən yanğına görə Bələdiyyə sədrinin müavini Sedat Gülener və Xilasetmə Müdirinin müavini Kenan Coşkun və yanğınsöndürən İrfan Acar da həbs edilib.
Globalinfo.az xəbər verir ki, əməliyyatların ardından Gülənər, Coşkun, Acar və otelin daxili dizayneri A.B. istintaqa cəlb edilib. İnteryer dizayneri A.B. dindirildikdən sonra sərbəst buraxılıb, Gülənər, Coşqun və Acar isə həbs edilib.
“Grand Kartal” hotelinin sahibi Halit Ergül dindirilərkən işçilərini təqsirləndirib. O, məsuliyyəti mətbəxdəki elektrik cihazlarının vəziyyətinə cavabdeh olan aşpaz və mətbəx işçiləri, mühafizəçilər və yanğın siqnalizasiya düymələrini idarə edən elektrik ustasının üzərinə qoyub.
Qeyd olunur ki, hoteldə yanğın restoran zonasında başlayıb, yanğın nərdivanı isə tüstünü yuxarı mərtəbələrə qaldıran baca funksiyasını yerinə yetirib. Ölənlərin əksəriyyətinin dəm qazından zəhərlənərək öldüyü müəyyən edilib. Hadisə zamanı binada yanğın siqnalizasiyası və tüstüdən təmizləmə sistemi işləməyib.
Qeyd edək ki, istintaqda saxlanılanların sayı 18 nəfərə yüksəlib.
Xatırladaq ki, yanvarın 21-i baş verən yanğında ümumilikdə 78 nəfər həlak olub.














