“Qladiator”un bəstəkarı Səudiyyə Ərəbistanı üçün himn yazır

“Qladiator”un bəstəkarı Səudiyyə Ərəbistanı üçün himn yazır

Səudiyyə Ərəbistanı məşhur bəstəkar Hans Zimmerə ölkə üçün yeni himn yazması üçün müraciət edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının kral sarayı məlumat yayıb. Zimmerlə bu barədə krallığın Baş Əyləncə İdarəsinin rəhbəri Turki əl Şeyx razılaşıb. Razılığa əsasən, Zimmer Səudiyyə Ərəbistanının mövcud himninin aranjimananını həyata keçirməlidir.

Beynəlxalq media Ər-Riyadın belə addımını ölkənin miqyaslı imic yenilənməsi proqramının tərkib hissəsi olduğunu yazıb.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı himni 1947-ci ildə yazılıb.

Hans Zimmer Oskar mükafatlı bəstəkardır. O, “Qladiator”, “Karib dənizinin quldurları”, ” İnsterstellar” və digər filmlərin musiqilərinin müəllifidir.

Globalinfo.az