Danimarkada ilk dəfə “Qurani-Kərim”in yandırılması ilə bağlı cinayət işi açılıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb.
Müsəlmanların dini kitabına qarşı hörmətsizlik səbəbilə iki nəfər məsuliyyətə cəlb edilib. Dövlət ittihamçısı ictimai yerdə “Qurani-Kərim”ə hörmətsizlik edən və görüntüləri sosial şəbəkədə daha geniş kütlə ilə paylaşan həmin şəxslərə qarşı pul cəzasının tətbiq olunmasını tələb edib.
Xatırladaq ki, 2023-cü il dekabrın 7-də Danimarkada “Qurani-Kərim” və digər dini kitabların yandırılmasını qadağan edən qanun qəbul ediıib. Qanunu pozanlar isə pul cəzası ala, yaxud da iki il müddətinə həbs edilə bilərlər.
Əliyar Xəlil














