Müzakirələr başladı: minlərlə sülhməramlı hazırlanır

Müzakirələr başladı: minlərlə sülhməramlı hazırlanır

“Kiyev öz ərazisində xarici qüvvələrin yerləşdirilməsini müttəfiqləri ilə müzakirə etməyə başlayıb”.

Globalinfo.az xəbər verir ki, bu məlumatı Ukrayna Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Georgi Tixiy yayıb.

Onun sözlərinə görə, danışıqlar hələlik ilkin mərhələdədir və bunun üçün də ölkəyə gətiriləcək sülhməramlıların nə qədər olacağını demək mümkün deyil:

“Biz hesab edirik ki, Ukrayna üçün uzunmüddətli və etibarlı təhlükəsizlik zəmanəti həm Avropanı, həm də ABŞ-ı özündə birləşdirməlidir. Yalnız bu halda sülhün dayanıqlı və uzunmüddətli olacağına zəmanət verə bilərik”.

Qeyd edək ki, bundan öncə Ukraynaya 50 minlik sülhməramlının gətirilməsinin planlaşdırıldığı barədə məlumat yayılmışdı. Ukrayna Prezidenti Volodimir Zelenski bildirmişdi ki, ölkənin təhlükəsizliyi üçün 200 min sülhməramlıya ehtiyac var.

Əliyar Xəlil
Globalinfo.az