Ermənistan proses başlatdı: Kallas İrəvana gəlir

Ermənistan proses başlatdı: Kallas İrəvana gəlir

Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik üzrə Ali nümayəndəsi Kaya Kallas Ermənistana səfər edəcək. 

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər nazirinin müavini Paruyur Hovhannisyan jurnalistlərə açıqlamasında deyib.

Nazir müavinin sözlərinə görə, səfərin yaxın tarixdə olması planlaşdırılır, lakin hələ dəqiq tarix müyyənləşməyib.

XİN rəsmisi səfərin təfərrütalarını açıqlamayıb.

Qeyd edək ki, Ermənistan Avropa İttifaqına üzvlük prosesinin başladılması barədə qanun layihəsini parlamentə təqdim edib.

Əliyar Xəlil
Globalinfo.az