“Böyük dövlətlər arasında geosiyasi rəqabət güclənir və nüvə gücləri arasında şiddətli toqquşma riskləri artır”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu deyib.
Onun sözlərinə görə, Qərb ölkələri Rusiya və Belarusa qarşı “ideoloji və dəyərə əsaslanan təcavüzə” əl atıb və təkcə iqtisadi sanksiyaların köməyi ilə deyil, həm də daxili siyasi sabitliyi pozmağa çalışırlar.
Şoyqu vurğulayıb ki, Qərbin bu cür davranışı təkcə Rusiya və Belarusa deyil, beynəlxalq vəziyyətə mənfi təsir göstərir.
Əliyar Xəlil
Globalinfo.az














