Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyana qarşı yeni ittihamlar irəli sürülüb.
Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistanın Baş Prokurorluğu məlumat yayıb.
O, vəzifə səlahiyyətlərini aşmaqda ittiham edilir:
“Ohanyan vəzifə səlahiyyətlərini zor tətbiq etməklə aşmaqda, ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olmaqda ittiham olunur. Bu maddə 4 ildən 8 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutur”,- məlumatda deyilir.
Qeyd edək ki, Seyran Ohanyan Sərkisyan dönəmində Ermənistanın müdafiə naziri olub. İkinci Qarabağ müharibəsinin sonlarında Şuşanın “müdafiəsi” S.Ohanyana tapşırılıb. Lakin o öz qrupu ilə maşınına minərək şəhərdən qaçıb.
Zaira Akifqızı
Globalinfo.az