qarabag 1

Bugünkü oyunda 1 dəqiqəlik sükut olacaq və komandalar meydana qara sarğı ilə çıxacaqlar.

Globalinfo.az xəbər verir ki, bu sözləri Publika.az-a açıqlamasında “Qarabağ” klubunun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev bildirib.

O, Avropa Liqasının əsas mərhələsinin 7-ci turu çərçivəsində keçiriləcək FCSB ilə oyundan əvvəl yanvarın 18-də vəfat edən klubun fəxri prezidenti Abdulbari Gözəlin anılması ilə əlaqədar UEFA-ya müraciət etdiklərini və qitənin ali futbol qurumundan müsbət cavab aldıqlarını bildirib.

Qeyd edək ki, “Qarabağ”-FCSB matçı bu gün, saat 21:45-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

***09:11

“Qarabağ” bu gün UEFA Avropa Liqasında Rumıniyanın FCSB komandasını qəbul edəcək.

Globalinfo.az bildirir ki, Liqa mərhələsinin VII turuna təsadüf edəcək oyun Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Qarşılaşma saat 21:45-də start götürəcək. Görüşün baş hakimi slovakiyalı Filip Qlova olacaq.

UEFA Avropa Liqası

Liqa mərhələsi, VII tur

23 yanvar

21:45. “Qarabağ” – FCSB (Rumıniya)

Baş hakim: Filip Qlova (Slovakiya).

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

Qeyd edək ki, turnir cədvəlində Azərbaycan çempionu 3 xalla 33-cü, FCSB 11 xalla 10-cu sıradadır.

Paylaş: