Xalq artistinin dili tutuldu: övladını tanımır

Xalq artistinin dili tutuldu: övladını tanımır

İnsult keçirən Xalq artisti Ənvər Həsənovun vəziyyəti ilə bağlı son durum məlum olub.

Globalinfo.az Kult.az-a istinadən xəbər verir ki, bu haqda xalq artistinin qızı Aytən Həsənova məlumat yayıb.

“Reanimasiyadadır. Kəskin insult keçirib, özünü idarə edə bilmir, dili tutulub, tanıma qabiliyyəti itib, məni belə tanımır”, – deyə o bildirib.

Qeyd edək ki, Ənvər Həsənov 10 yanvarda Xəzər Tibb Mərkəzinin Terapiya şöbəsinə, 17 yanvarda vəziyyəti pisləşdiyi üçün Reanimasiya şöbəsinə köçürülüb.