ABŞ Meksika sərhədinə əlavə hərbi qüvvə göndərir

ABŞ Meksika sərhədinə əlavə hərbi qüvvə göndərir

ABŞ Meksika sərhədinə əlavə hərbi qüvvə yerləşdirir.

Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” informasiya agentliyi adını açıqlamadığı mənbəyə istinadən yazıb.

Prezident Donald Trampın miqrasiya ilə bağlı imzaladığı sərəncama görə, sərhədə daha 1000 hərbçi göndəriləcək. Əsgərlərin sərhədə nə zaman göndəriləcəyi dəqiq bildirilmir.

Qeyd edək ki, hazırda ABŞ-Meksika sərhədində 2200 hərbi qulluqçu və minlərlə Milli Qvardiya əsgəri xidmət göstərir.

Əliyar Xəlil 

Globalinfo.az