IMG 20250122 WA0025

Son 24 saat ərzində Qəzza zolağında xəstəxanaya 19 yaralı, 54 nəfərin isə meyiti çatdırılıb.

Globalinfo.az bildirir ki, bu barədə anklavın Səhiyyə Nazirliyi məlumat yayıb.

Atəşkəsin dördüncü günü açıqlanan hesabata görə, 2023-cü il 7 oktyabrdan bu günə kimi Qəzzada həyatını itirən fələstinlilərin sayı 47 min 161, yaralıların isə 111 min 166 nəfərə yüksəlib.

Əliyar Xəlil 

Globalinfo.az

Paylaş: