Hindistan və ABŞ Narendra Modi ilə Donald Tramp görüşünü tezləşdirmək istəyir.
Globalinfo.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, hər iki ölkənin diplomatları Baş nazirlə prezidentin görüşünü fevralda Vaşinqtonda təşkil etməyi planlaşdırır.
Əgər görüş baş tutarsa, Hindistan ABŞ ilə ticarət əməkdaşlığının inkişafına və öz vətəndaşları üçün viza şərtlərinin sadələşdirilməsinə nail olmaq niyyətindədir.
Əliyar Xəlil