“Gürcüstanla Çin arasında strateji tərəfdaşlıq barədə bəyanat qeyri-konstitusiondur”.
Globalinfo.az xəbər verir ki, bunu Gürcüstanın beşinci prezidenti Salome Zurabişvili ABŞ Prezidenti Donald Trampın inaqurasiyasından sonra deyib.
O bildirib ki, 2023-cü ildə strateji tərəfdaşlıq sənədinin mətnini heç kim, o cümlədən deputatlar da görməyib:
“Bu sənəd Gürcüstan parlamentinə göstərilməyib, ona görə də qeyri-konstitusiondur. O zamankı baş nazir İrakli Qaribaşvili sənədi birbaşa Çinə aparıb və imzalanana qədər onu heç kim görməyib”.
O həmçinin sənəddə Çinin Gürcüstanın ərazi bütövlüyünü tanımasına dair hansısa bir öhdəlik götürmədiyini bildirib:
“Bu, çox dəqiq siqnaldır. Çin Gürcü Arzusu hökumətinin zəifliyindən istifadə edir”.
Əliyar Xəlil
Globalinfo.az