da26afc45de4c74647a2dac58d1fc629

“İsrail və İran arasında müharibədən qaçmaq lazımdır”.

Globalinfo.az xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Faysal bin Fərhan Əl Səud deyib.

O bildirib ki, ABŞ prezidenti Donald Tramp administrasiyası belə bir münaqişə riskinə töhfə verməyəcək.

İsveçrədə keçirilən Dünya İqtisadi Forumunun illik toplantısında çıxış edən Əl Səud Livana səfər edəcəyini deyib. O bildirib ki, bu, son on ildən artıq müddətdə reallaşacaq ilk belə səfər olacaq.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Paylaş: