f52414b94eddf293274feaf81762a630 1737478960.c2kwkfbeh6io2t5evr1qb6wt7hkfez3o

Ermənistan Xarici İşlər Nazirliyi Türkiyədə Bolu xizək kurortunda baş vermiş yanğınla bağlı başsağlığı verib.

Globalinfo.az xəbər verir ki, Ermənistan XİN-in “X” sosial şəbəkəsində yazılıb:

“Boluda onlarla insanın həyatına son qoyan faciəvi yanğın bizi dərindən kədərləndirdi. Fikirlərimiz həlak olanlar və onların ailələri ilədir. Xəsarət alanlara şəfa diləyirik”.

Qeyd edək ki, yanğın zamanı 66 nəfər ölüb, 51 nəfər yaralanıb.

Paylaş: