Türkiyənin Bolu əyalətində yerləşən Kartalkaya xizəkçilik mərkəzində baş verən yanğında ölən və yaralananlar arasında Azərbaycan vətəndaşı yoxdur.
Globalinfo.az xəbər verir ki, bu barədə APA-ya Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə deyib.
Qeyd edək ki, son məlumata görə, yanğında 66 nəfər ölüb, 51 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.