ABŞ-ın keçmiş prezidenti Co Baydenin vəzifəsini tərk edərkən xələfi Donald Trampa yazdığı məktub dünya mətbuatında maraq doğurub.
Globalinfo.az xəbər verir ki, Bayden Trampın da 2021-ci ildə vəzifədən ayrılarkən ona məktub yazdığını, indi özünün də eyni addımı atdığını bildirib.
O bu məsələnin Trampla arasında olduğunu qeyd edib.
Andiçmə mərasimindən sonra Ağ Evi təhvil alan Donald Tramp səlahiyyətlərinin icrasına başlamaq üçün prezident otağına keçib. Bu zaman jurnalistlərin də xatırlatması ilə o, masanın siyirməsini açıb və məktubu tapıb. Tramp sələfinin mətbunu havada mətbuat nümayəndələrinə göstərdikdən sonra onu kənara qoyub və daha sonra oxuyacağını deyib.
Lakin bir jurnalist məktubun üzərində altından qalın xətt çəkilmiş “47” rəqəminin yazıldığını görüb. Məktubun məzmunu isə sirr olaraq qalıb.
Qeyd edək ki, ABŞ-ın 47-ci Prezidenti Donald Trampın yanvarın 20-də inaqurasiya mərasimi baş tutub.
.@realDonaldTrump discovers a note from @JoeBiden in the Oval Office. pic.twitter.com/8bXBP4MGxA
— Jeff Mason (@jeffmason1) January 21, 2025
Ayşən Mustafa
Globalinfo.az














