Türkiyənin Zəfər Partiyasının sədri Ümid Özdağın barəsində məhkəmə həbs qətimkan tədbiri seçib.
Globalinfo.az xəbər verir ki, “Prezidenti təhqir etmək” ittihamı ilə saxlanılan partiya sədri xalqı “kin və düşmənçiliyə təhrik etmə” maddəsi ilə təqsirli bilinib.
Qeyd edək ki, Ü.Özdağın saxlanıldığı, daha sonra sərbəst buraxıldığı barədə məlumat yayılmışdı.
***17:56
Türkiyənin Zəfər Partiyasının sədri Ümid Özdağ ifadə verdikdən sonra sərbəst buraxılıb.
Globalinfo.az bildirir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Qeyd edək ki, daha əvvəl Ü. Özdağ barəsində Prezident ünvanına təhqiramiz ifadələr işlətdiyi üçün istintaq başladılaraq Ankarada saxlanılmışdı.
***
Türkiyədə Zəfər Partiyasının sədri Ümid Özdağın saxlanılmasının detalları bəlli olub.
Globalinfo.az xəbər verir ki, Özdağa qarşı prezidenti (Rəcəb Tayyib Ərdoğanı – red.) təhqir etmək ittihamı ilə istintaq başladılıb.
Partiya yaydığı açıqlamada Ü.Özdağın Ankarada bir restoranda şam yeməyi zamanı saxlanıldığını və İstanbula aparıldığını açıqlayıb.
Qeyd edək ki, Ü.Özdağ “Xaç yürüşlərinin türk millətini ateist edə bilmədiyini, lakin son illərdə Türkiyədə ateistlərin sayında kəskin artım olduğunu” deyərək Prezident R.T.Ərdoğanı ittiham etmişdi.
Əliyar Xəlil
Globalinfo.az
