f55855af cf3c 3fcf 90a2 87d986582591 850

“Brüssel ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın proteksionist siyasətinə qarşı dayanmalıdır”.

Globalinfo.az xəbər verir ki, bu barədə Avropa İttifaqının maliyyə nazirlərinin açıqlamasında deyilir.

İrlandiyanın maliyyə naziri Cek Çembersin fikrincə, Avropa İttifaqı ciddi xərclərə səbəb olacaq proteksionizm vəziyyətinə düşməmək üçün diqqətli olmalıdır. Onun almaniyalı həmkarı Yorq Kukis də Avropanı yeni administrasiya ilə konstruktiv əlaqə saxlamağa çağırıb. O xatırladıb ki, Trampın hansı addımları atacağı hələ də bəlli deyil.

İqtisadiyyat üzrə Avropa komissarı Valdis Dombrovskis Brüsselin ABŞ-la münasibətlərə tərəfdaşlıq ruhunda yanaşdığını açıqlayıb. Belçikanın maliyyə naziri Vincent van Peteghem isə diqqəti cavab tədbirlərinə deyil, Avropanın problemlərinə yönəltməyə çağırıb.

“Eurogroup”un prezidenti Paskal Donoqunun sözlərinə görə, ABŞ-ın hələ də müttəfiqlərə ehtiyacı var və Avropa onlardan birinə çevrilə bilər.

“Biz bu yeni əlaqələrə daha güclü mövqedən necə yanaşa biləcəyimizi düşünməliyik”, – Donoqu vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Paylaş: