“Sanksiyalar Rusiya ilə İran arasında hərtərəfli strateji əməkdaşlığa dair sazişin bağlanmasına mane olmayıb”.
Globalinfo.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqayi deyib.
“Sanksiyalar heç vaxt dövlətlər arasında əlaqələrin genişlənməsinə əngəl olmayıb. Müqavilənin bağlanması hökumətlərin balanslaşdırılmış ehtiyaclarına və mövcud imkanların qiymətləndirilməsinə əsaslanır. Vacib olan nəticədir. Mətnə baxıb orada nələrin olduğunu görə bilərsiniz”, – Baqayi vurğulayıb.
Qeyd edək ki, yanvarın 17-də Vladimir Putin və Məsud Pezeşkian Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Müqavilə imzalayıb. Bu sənəd ikitərəfli münasibətlərin yeni səviyyəyə qalxdığını əks etdirir.
Müşviq Tofiqoğlu
Globalinfo.az