Tramp Baydenlə çay süfrəsində görüşmək üçün Ağ Evə gəlib.
Globalinfo.az xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb.
Bildirilir ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Co Baydenlə çay içmək üçün Ağ Evə təşrif buyurub.
Bu arada Trampın prezidentlik səlahiyyətlərinin icrasına başladıqdan sonra federal ölüm cəzasını bərpa etməyi planlaşdırdığı haqda məlumatlar yayılıb.
O, daha öncə bəyan edib ki, seçiləcəyi təqdirdə Ədliyyə Nazirliyinin federal edamlara qoyduğu qadağanı aradan qaldıracaq.
Xatırladaq ki, 2021-ci ildə ABŞ Baş prokuroru Merrik Qarland Ədliyyə Departamentinin prosedurlarını nəzərdən keçirmək üçün edamlara moratorium elan edib.
Müşviq Tofiqoğlu
Globalinfo.az