qaz e1620846024722

Azərbaycan Bolqarıstana qaz nəqlini bərpa edib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Bulgargaz” şirkəti məlumat yayıb.

“Azərbaycanla uzunmüddətli müqavilə əsasında Bolqarıstana qaz tədarükü bazar günü, yanvarın 19-da bərpa edilib”, – şirkətin bu gün yaydığı məlumatda bildirilib.

Xatırladaq ki, “Bulgargaz” ötən həftə Azərbaycanın texniki səbəblərdən yanvarın 7-dən etibarən Bolqarıstana qaz nəqlini müvəqqəti dayandırdığını açıqlamışdı.

Paylaş: