araik vardanyan

Xəbər verdiyimiz kimi, ötən gün Ermənistan dövləti və onun silahlı qüvvələri, o cümlədən Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma “Dağlıq Qarabağ respublikası” və onun qanunsuz silahlı birləşmələri tərəfindən Azərbaycana və Azərbaycan xalqına qarşı soyqırımı və müharibə cinayətləri törətməkdə ittiham olunan şəxslərin məhkəmə prosesi keçirilib.

Bu məsələ mətbuat və ictimaiyyətdə “Nürnberq prosesi” kimi təqdim olunub.

Bəs, “Nürnberq prosesi” nədir?

Globalinfo.az xəbər verir ki, bu, İkinci Dünya müharibəsinin qalib Müttəfiq dövlətləri tərəfindən məğlubiyyətə uğradılmış Nasist rejminin öndə gələn şəxsiyyətlərini mühakimə etmək üçün 1945–1949-cu illərdə Almaniyanın Nürnberq şəhərində qurduqları məhkəmədir.

Sözügedən məhkəmələr, İkinci Dünya müharibəsindən sonra Soyuq Müharibənin hələ tam olaraq ortaya çıxmadığı, hüquqiliyin ön planda olduğu dönəmdə Nasist rejiminin şok edici vəhşətlərinə bir reaksiya olaraq qurulub. Hərbi məhkəmələr ABŞ, İngiltərə, Fransa və Rusiyanın hakimlərindən təşkil olunub.

the defendants at the nuremberg

Mühakimə edilən öndə gələn şəxsiyyətlər arasında Nasist Almaniyasının nümayəndələri – rejimin siyasi və dövlət xadimi Martin Borman, fürer Adolf Hitlerin müavini Rudolf Hess və Üçüncü reyxin xarici işlər naziri Yoahim von Ribbentrop var idi. Bu insanlar ve nasist liderləri dört cinayətlə ittiham olunurdular:

1)Sülhə qarşı sui-qəsd
2)Sülhə qarşı cinayətlər
3)Müharibə cinayətləri
4)İnsanlığa qarşı cinayətlər.

Proses üzrə keçirilən birinci məhkəmə bütün dünyada səs-küyə səbəb olub. Məhkəmədə ən yuxarı pillədəki 22 nasist lider mühakimə olunub; 12 nəfər ölüm cəzası, 7 nəfər həbs cəzası alıb, 3 nəfər isə sərbəst buraxılıb. Bu məhkəmənin ardından ümumilikdə 177 nəfərin mühakimə olunduğu 12 məhkəmə daha reallaşdırılıb, nəticədə 24 nəfər ölüm cəzasına məhkum olundu.

p038hqkq

Qeyd edək ki, Azərbaycana qarşı hərbi cinayətlərdə ittiham olunan şəxslərin növbəti məhkəmə prosesi yanvarın 21-nə təyin edilib.

Paylaş: