055866ee fe17 4585 8a44 c033ac8424ee w1023 r1 s

“Mən indi Çin lideri Si Tsinpinlə danışdım. Ümid edirəm ki, biz bir çox problemləri birlikdə həll edəcəyik”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp deyib.

O, Çin lideri ilə ticarət, TikTok və digər mövzuları müzakirə etdiyini bildirib və söhbətin hər iki ölkə üçün çox faydalı olduğunu vurğulayıb.

“Prezident Si Tsinpin və mən dünyanı daha dinc və təhlükəsiz yerə çevirmək üçün əlimizdən gələni edəcəyik”, – Tramp vurğulayıb.

Xatırladaq ki, Si Tsinpin prezident seçildikdən sonra Trampa təbrik mesajı göndərib. O bildirib ki, ABŞ və Çin əməkdaşlıqdan qazanacaq, qarşıdurmadan isə uduzacaq. Tsinpin iki ölkənin bir-biri ilə barışmaq yolunu tapacağına ümidvar olduğunu diqqətə çatdırıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Paylaş: