1708170794 bayden s

ABŞ Prezidenti Co Bayden Rusiya Prezidenti Vladimir Putini “pis adam” adlandırıb. 

Globalinfo.az xəbər verir ki, Bayden bunu MSNBC telekanalına müsahibəsində deyib.

O, Rusiya prezidentindən danışarkən, “Bu adam yaxşı biri deyil”, – deyə bildirib. ABŞ prezidentinin bu sözləri Rusiya KİV-də birmənalı qarşılanmayıb.

Qeyd edək ki, Co Bayden daha əvvəl də Vladimir Putini “qatil”, “diktator”, “qəssab”, “cinayətkar” adlandırıb.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: