“Sanksiyalardan sui-istifadə ABŞ-ın iqtisadiyyata təsirini azalda bilər”.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisinin müavini Dalip Sinq deyib.
O, Rusiya və Çinin ABŞ-ın rəhbərlik etdiyi nizamı pozmaq istəyini deyib.
“Hökumət nəzərə almalıdır ki, Amerika tərəfinin sanksiyalardan sui-istifadəsi digər ölkələri iqtisadi sahədə Vaşinqtondan asılılığı azaltmağa sövq edir. Çin və Rusiya maliyyə və texnoloji sahədə, eləcə də ABŞ-ın dominant mövqe tutduğu digər sektorlarda öz imkanlarını artırmaq üçün hər cür səy göstərirlər. Çin rəqəmsal valyutalardan istifadə etməklə özünün “mBridge” transsərhəd ödəniş platformasını fəal şəkildə inkişaf etdirir. Hətta G20-nin bir neçə ölkəsi buna maraq göstərib. Onların arasında Argentina, Braziliya, Hindistan, İndoneziya, Meksika, BƏƏ, Səudiyyə Ərəbistanı, Türkiyə və Cənubi Afrika da var”, – Sinq vurğulayıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az