“ABŞ və Avropa ölkələrinin köməyinə baxmayaraq, Ukrayna da müharibədə qalib gəlmək üçün əlindən gələni edir və mühüm töhfə verir”.
Globalinfo.az xəbər verir ki, bunu Ukrayna lideri Volodimir Zelenski deyib.
O bildirib ki, bu töhfəyə həm insan, həm də digər resurslar daxildir. Ona görə də, müttəfiqlər Ukraynanın bu müharibəyə verdiyi töhfəni unutmamalıdırlar.
“2024-cü il müharibəsi Ukraynaya Müdafiə Qüvvələrini təmin etmək üçün təxminən 100 milyarda başa gəlib. Bunun 40 milyardı Ukraynanın töhfəsidir. ABŞ 35, Avropa isə 25 milyardla bu müharibədə bizə dəstək olub. Ona görə də biz birlikdə gücümüzü görürük”, – deyə Zelenski vurğulayıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az