Suriyanın yeni lideri BMT qüvvələrini İsraillə bufer zonada qəbul etməyə hazır olduğunu bildirib.
Globalinfo.az xəbər verir ki, Əhməd əl-Şaraa BMT qüvvələrini İsraillə yaradılan bufer zonada qəbul etməyə hazır olduğunu açıqlayıb
“İsrailin bölgədə irəliləməsini İran milisləri və “Hizbullah”ın mövcudluğu şərtləndirirdi. Suriyanın azad edilməsindən sonra onların mövcudluğuna son qoyulub. Odur ki, İsrailin bu gün Suriya bölgələrinə, bufer zonaya doğru irəliləmək üçün istifadə etdiyi bəhanələr yox olub”, – deyə Əhməd əl-Şaraa vurğulayıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az














