İsrail qüvvələri Qəzzada atəşkəs razılaşmasının ilkin mərhələsində mübadilə siyahısına daxil olan girovlardan birinin saxlanıldığı əraziyə zərbələr endirib.
Globalinfo.az xəbər verir ki, bu açıqlama ilə HƏMAS hərəkatının hərbi qanadı olan İzzəddin əl-Qəssam Briqadalarının nümayəndəsi Əbu Ubeydə çıxış edib.
Əbu Ubeydə girovun vəziyyəti ilə bağlı məlumat verməyib.
“Razılaşmanın elan edilməsindən dərhal sonra düşmən ordusu girovlardan birinin saxlandığı yerə hücum edib”, – deyə Ubeydə vurğulayıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az