boqdanov

Rusiya Prezidenti Vladimir Putinin Yaxın Şərq və Afrika ölkələri üzrə nümayəndəsi, federasiyanın xarici işlər nazirinin müavini Mixail Boqdanov Fələstinin HƏMAS hərəkatının rəhbərliyi ilə telefon danışığı aparıb. 

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Boqdanov və HƏMAS Siyasi Bürosunun sədr müavini Musa Əbu Mərzuk arasında telefon danışığı yanvarın 15-də baş tutub.

“Moskva anklavda saxlanılan Rusiya vətəndaşı A.Trufanovun prioritet olaraq azad edilməsində maraqlı olduğunu bir daha təsdiqləyib. Kreml  həmçinin HƏMAS rəhbərliyinə əvvəllər təqdim edilmiş humanitar xarakterli digər xahişlərimizin də nəzərə alınacağına ümid edir. Boqdanov həmçinin 1967-ci il sərhədləri daxilində paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin dövlətinin yaradılması istiqamətində işlərin davam etdirilməsinin vacibliyini vurğulayıb.

Danışıqlar zamanı Fələstin tərəfi Rusiya Federasiyasının mövqeyinə, eləcə də ölkənin Fələstin xalqının hüquqlarının təmin edilməsi istiqamətində göstərdiyi səylərə görə minnətdarlığını bildirib. Qəzzada atəşkəslə bağlı İsraillə əldə olunan razılaşmadan da gözləntilər ifadə olunub”, – nazirliyin bəyanatında qeyd olunur.

Qeyd edək ki, ötən gün HƏMAS-la Fələstin arasında atəşkəs razılaşması imzalanıb.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: