Xəbər verdiyimiz kimi, Fələstinin HƏMAS qruplaşması ilə İsrail arasında atəşkəs razılaşması əldə olunub.
Globalinfo.az bildirir ki, atəşkəs xəbəri bütün Fələstin ərazisi, xüsusilə müharibədən ən çox zərər görən Qəzza zolağında coşğu ilə qarşılanıb.
İnsanlar küçələrə axın edərək bir-biri ilə sevinclərini bölüşüblər. Həmin anlarla bağlı görüntülər sosial şəbəkələrdə gündəm olub. Lakin onların arasında fələstinli uşaqların atəşkəs xəbərinə reaksiyasının əks olunduğu video daha çox diqqət çəkib. Uşaqların bəziləri xəbəri böyük sevinclə qeyd edib, bəziləri isə göz yaşlarını saxlaya bilməyiblər. Sözügedən görüntü hazırda sosial şəbəkələrdə sürətlə paylaşılır.
Həmin anları təqdim edirik:
JUST IN: 🇵🇸🇮🇱 Children in Palestine celebrate the Israel-Hamas ceasefire deal. pic.twitter.com/yani0KCX2X
— BRICS News (@BRICSinfo) January 15, 2025
Qeyd edək ki, atəşkəsin yanvarın 19-dan qüvvəyə minməsi və 42 gün davam etməsi nəzərdə tutulub. Razılaşmaya əsasən, İsrail qoşunlarının Qəzzadan tədricən çıxarılmasını və HƏMAS tərəfindən saxlanılan girovların azad edilməsinə qərar verildiyi bildirilir.
Əliyar Xəlil
Globalinfo.az