teyyare scaled

Buxara-Moskva reysini həyata keçirən Özbəkistan Hava Yollarına məxsus təyyarə Moskvada təcili eniş edib.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə aviaşirkətin nümayəndəsi məlumat verib.

Məlumata görə, eniş zamanı təyyarənin mühərriklərindən birində nasazlıq yaranıb və sıradan çıxıb. Ekipaj lazımi tədbirləri tamamlayıb və “A-320” təyyarəsi bir mühərriklə uğurlu şəkildə “Vnukovo” hava limanına enib.

Təyyarənin göyərtəsində 132 sərnişin olub.

Paylaş: