Bələdiyyələrə ödənilən xidmət haqları və digər yığımlar üzrə hesablaşmalar nağdsız qaydada həyata keçiriləcək.
Globalinfo.az bildirir ki, bu, Prezident İlham Əliyevin tətbiqi barədə Fərman imzaladığı “Nağdsız hesablaşmalar haqqında” qanuna dəyişiklikdə əksini tapıb.
Qeyd edək ki, hazırda bələdiyyə vergiləri nağdsız qaydada köçürülür.