Ermənistan Rusiyaya nota verdi

Ermənistan Rusiyaya nota verdi

Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin Ermənistan Xarici İşlər Nazirliyinə çağırılıb. 

Globalinfo.az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Bildirib ki, yanvarın 12-də Ümumrusiya Dövlət Televiziyasında yayımlanan “Həftənin xəbərləri” proqramında Ermənistanın suverenliyi və ərazi bütövlüyü əleyhinə çıxışlar səsləndirilib.

Bu səbəbdən səfirə rəsmi şəkildə etiraz notası təqdim edilib.

Əliyar Xəlil
Globalinfo.az