1727259518 mirzoyan

“Biz ABŞ-ın yeni administrasiyası ilə əməkdaşlığı davam etdirmək istəyirik”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.

“Bu gün imzaladığımız strateji tərəfdaşlıq haqqında Xartiya möhkəm təməl təşkil edir və əməkdaşlığımız daha iddialı xarakter alır. Ümumi dəyərlərə və qarşılıqlı maraqlara əsaslanan münasibətlərimiz son illər mühüm inkişaf yolu keçib. Əməkdaşlığımızı yeni səviyyəyə qaldırmaq üçün göstərdiyiniz səylərə görə komandanıza və sizə (Blinken-red)  xüsusi təşəkkürümü bildirirəm. Biz sabit və davamlı sülhü təşviq etmək üçün ABŞ-ın Cənubi Qafqaz regionunda fəaliyyətini dərindən qiymətləndiririk. Ermənistan bu ümumi məqsədə çatmaq üçün ABŞ-la əməkdaşlığı davam etdirməyə sadiqdir. Biz həmçinin ABŞ-la “123 razılaşması” kimi tanınan nüvə əməkdaşlıq müqaviləsi üzrə danışıqlara başlayırıq. Qoy bu xartiya Ermənistan və ABŞ arasında dərinləşən strateji münasibətlər üçün yol xəritəsi rolunu oynasın”, – deyə Mirzoyan vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Paylaş: