putin 99

“Rusiyanın 2024-cü ildə hərbi uğurlar qazanmasına baxmayaraq, Prezident Vladimir Putin 2022-ci ilin fevralında genişmiqyaslı işğala başlayarkən qarşıya qoyduğu strateji məqsədə nail olmayacaq”.

Globalinfo.az xəbər verir ki, bu sözləri Müdafiə Prioritetləri və Kolumbiya Universitetinin baş elmi işçisi Rajan Menon “Foreign Policy” nəşrinə deyib.

Onun sözlərinə görə, Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsinin əvvəldən iki əsas məqsədi olub:

“Birincisi, mümkün qədər çox Ukrayna ərazisini ilhaq etmək nəzərdə tutulurdu. İkinci və daha böyük məqsəd isə bu “nailiyyətlərlə” Ukraynanı Rusiyanın təsir dairəsinə cəlb etmək və Avropanın güc balansını dəyişdirmək üçün istifadə etmək idi”.

Menon qeyd edir ki, 2024-cü ildə Rusiya ordusunun uğurlarına baxmayaraq, Putinin ən azı bir məqsədə çatması ilə bağlı hər hansı ssenari belə yoxdur:

“Rusiya yəqin ki, Ukrayna ərazisinin ən azı beşdə birini alacaq. Bəlkə də tutduğu əraziləri həmişəlik tərk edəcək. Lakin Ukraynadan qalanlar Rusiya ilə əlaqəli olmayacaq. Beləliklə, bunlar Putinin strateji uğuru deyil, hərbi uğuru olacaq. Ukraynalılar artıq öz təhlükəsizliklərini Rusiyaya bağlı kimi qəbul etmirlər. Müharibənin dayandırılması ilə bağlı istənilən razılaşmada Moskvanın təkidi ilə Ukraynanın NATO-ya daxil olmasını qadağan edən müddəa yer alacaq. Bununla belə, Kiyev Avropa ilə təhlükəsizlik əlaqələrini möhkəmləndirməkdə davam edəcək”.

Menon deyib ki, Rusiya ələ keçirəcəyi ehtimal olunan ərazi sayəsində hərbi meydanda qələbə qazana bilsə belə,  Ukraynada dominant nüfuzunu və Avropada güclü, uzunmüddətli mövqeyini təmin edə bilməyəcək. Bu, gələcək perspektivdə Rusiyanı həm daxildə, həm də xaricdə daha da pis vəziyyətə salacaq”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: