Ukraynanın pilotsuz uçuş aparatları Rusiyanın Krasnodar vilayətində “Russkaya” kompressor stansiyasında hücuma cəhd ediblər.
Globalinfo.az xəbər verir ki, bu barədə məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb.
Məlumata görə, hücumun gerçəkləşdirildiyi stansiya “Türk Axını” qaz kəməri üçün qaz tədarükünü gerçəkləşdirir.
Müdafiə Nazirliyi hücumda istifadə edilən bütün dronların vurulduğunu bildirib.
Qeyd edək ki, hazırda “Türk Axını” qaz kəməri Rusiyanın Avropaya qaz tədarükü həyata keçirən yeganə kommunikasiya vasitəsidir.
Əliyar Xəlil
Globalinfo.az