Türkiydə rüşvət yolu ilə qeyri-qanuni tenderlərin təşkilinə görə xüsusi əməliyyat keçirilib, nəticədə 47 nəfər saxlanılıb.
Globalinfo.az xəbər verir ki, saxlanılanlar arasında İstanbul şəhərinin Esenyurt və Beşiktaş bölgələrinin bələdiyyə sədrləri də var.
Məlumata görə, Beşiktaşın bələdiyyə sədri Rıza Akpolat Balıkesirde saxlanılıb, onun İstanbula aparılacağı qeyd edilir.
İddialara əsasən, bəzi iş adamları ölkənin bir sıra bələdiyyə rəhbərlərinə rüşvət verməklə tender təşkil etdirib, burada öz firmalarının qalib gəlməsinə şərait yaradıblar. Aparılan istintaq nəticəsində prosesdə birbaşa iştirak edən 24 nəfər və rüşvət qarşılığında qanunsuz əməldə ortaq olan 23 nəfər müəyyənləşib, onların hamısı saxlanılıb.
Beşiktaş bələdiyyə binasında keçirilən əməlıiyyatlar nəticəsində ofis komputerləri və bir sıra əşyalar ələ keçirilib və araşdırmaya daxil edilib.
Əliyar Xəlil
Globalinfo.az