Parlamentin yaz sessiyasının ilk iclasının tarixi…

Parlamentin yaz sessiyasının ilk iclasının tarixi...

Dekabrın 29-da Milli Məclis payız sessiyasının son iclasını keçirib. Beləliklə də, deputatlar tətilə çıxıblar.

Deputatların tətili yanvarın 15-də başa çatır.

Globalinfo.az modern.az-a istinadən bildirir ki, yaz sessiyasının ilk iclası adətən fevralın 1-də keçirilir.

Lakin bu dəfə fevralın 1-i şənbə gününə təsadüf edir.

Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, əgər fevralın 1-i istirahət, səsvermə, iş günü hesab edilməyən bayram gününə düşərsə, sessiya bu gündən sonra gələn birinci iş günü öz işinə başlayır. Yəni qanunverici orqanın yaz sessiyasında ilk plenar iclasının fevralın 3-də baş tutacağı gözlənilir.