Kaliforniyada yanğınların başlamasının səbəbi kimi yeni versiya ortaya çıxıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Bloomberg” nəşri yazıb.
Nəşrin məlumatına görə, Kaliforniyada şiddətli meşə yanğınlarına elektrik naqilinin kəsilməsi səbəb ola bilər.
Yazıda bildirilir ki, “Eagle Rock Sylmar” xəttinə qoşulmuş dirəkdə qırılmış məftil tapılıb. Lakin həmin kabelin zədələnməsinin Kaliforniyada yanğınlar başlamazdan əvvəl və ya sonra baş verdiyi məlum deyil.
Safura Bənnayeva
Globalinfo.az














