tramp putin

İsveçrə Rusiya Prezidenti Vladimir Putin və ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampın Ukrayna böhranının həlli ilə bağlı görüşünə ev sahibliyi etməyə hazırdır.

Globalinfo.az xəbər verir ki, bu barədə İsveçrə Xarici İşlər Nazirliyinin informasiya xidmətinin rəhbəri Nikolas Bidot bildirib.

Məlumata görə, İsveçrə hökuməti bu məsələdə təşəbbüs göstərməyəcək, sadəcə, iki lider arasında görüşü keçirməyə hazır olan ölkələrdən biridir.

Qeyd edək ki, bundan öncə Tramp Putinlə görüşməyə hazır olduğunu bildirib. Rusiya tərəfi də Trampla görüşə qeyd-şərtsiz hazır olduqlarını deyib.

Bir müddət əvvəl Tramp-Putin görüşünün Bakıda keçirilməsinin mümkünlüyü ilə bağlı xəbərlər yayılmışdı.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: