surucu herbi

Əlahiddə Ümumqoşun Ordunun tabeliyində olan hərbi hissələrdə vakant sürücü vəzifələrinə qəbul elan edilib.

Globalinfo.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, Əlahiddə Ümumqoşun Ordunun tabeliyində olan hərbi hissələrdə sürücü vəzifələrində xidmət etmək (işləmək) üçün C, D və E kateqoriyalı sürücülər tələb olunur. 50 yaşınadək olan mülki şəxslər, həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları (uyğunsuzluqla ehtiyata buraxılanlar istisna omaqla), həmçinin ehtiyatda olan hərbi vəzifəlilər Əlahiddə Ümumqoşun Ordunun Təlim və Tədris Mərkəzinə müraciət edə bilərlər.

C, D və ya E kateqoriyalı sürücülük vəsiqəsi, şəxsiyyət vəsiqəsinin surəti, hərbi biletin surəti, tərcümeyi-hal, rəngli fotoşəkil (2 ədəd 3×4 və 2 ədəd 4.5×6 sm ölçüdə), qeydiyyatda olduğu poliklinikadan (dəri-zöhrəvi, vərəm, ruhi-əsəb, narkoloji xəstəliklərin olmaması barədə) arayış tələb olunan sənədlərdir.

src
b71aa0b9 00a7 3d06 b080 5cef66b66a51

Paylaş: