67812d7b037f267812d7b037f31736519035c9e931dc2a1f6d4a8c925de87f575526

Polis Sabunçu rayonunda quldurluq etməkdə şübhəli bilinən 2 nəfəri saxlayıb.

Globalinfo.az DİN-ə istinadən xəbər verir ki, Sabunçu rayonu ərazisində yerləşən komplekslərin birindən naməlum şəxsin oğurluq etməsi və nəticədə zərərəçəkənə 10 000 manat maddi ziyan vurması, daha sonra gözətçini kəsici alətlə hədələyərək hadisə yerindən qaçması barədə polisə məlumat daxil olub.

Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuşlar – 39 yaşlı N.Quliyev və 34 yaşlı A.Balayev müəyyən olunaraq saxlanılıblar.

Araşdırmalar aparılır.

Paylaş: