“Məşhurlar şəhəri” kül oldu – Dəhşətli görüntülər

"Məşhurlar şəhəri" kül oldu - Dəhşətli görüntülər

ABŞ-ın Kaliforniya ştatında davam edən meşə yanğınıları nəticəsində təxminən 135-150 milyard dollarlıq zərərin dəydiyi bildirilir. 

Globalinfo.az xəbər verir ki, ştatın “məşhurlar şəhəri” kimi tanınan Los-Anceles bölgəsində 10 mindən çox ev yanıb, minlərlə insan təxliyə edilib və 10 nəfər ölüb.

Külək səbəbindən alovların ərazidə sürətlə irəlilədiyi və yanğının daha geniş əraziyə yayıldığı bildirilir. Bir çox Hollivud məşhurunun da evi kül olub.

Ştatın müxtəlif bölgələrindən yayılan görüntüləri təqdim edirik.

Ayşən Mustafa
Globalinfo.az